ABŞ rəhbərliyi hələ də "Zeytun budağı" hərəkatının mahiyyətini anlamayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
O bildirib ki, son açıqlamaları bunu deməyə əsas verib:
"Siz hələ anlamamısız, ya da anlamaq istəmirsiz ki, bu hərəkat kürdlərə və ya dinc sakinlərə qarşı deyil. Biz terrorçularla mübarizə aparırıq. İŞİD-in ən ağır zərbə vurduğu ölkələrdən biri də Türkiyədir. Sizin yürütdüyünüz siyasət doğru deyil. İŞİD ilə mübarizə adı altında PKK-nın Suriya qolunu silahlandırırsız. Bununla Türkiyənin narahatlıqlarına və xəbərdarlıqlarına göz yumursuz".