İngiltərədə Jasmin adlı 26 yaşlı qız internet vasitəsilə öz bakirəliyini satışa çıxarıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, universitet tələbəsi olan qız Hollivudun tanınmış ulduzlarının biri ilə 1,4 milyon dollar qarşılığında razılaşdığını və aprel ayında onunla görüşəcəyini bildirib.
Jasmin daha əvvəl münhenli bir iş adamı və “Mançester Yunayted” klubunun futbolçusundan da təkliflər aldığını qeyd etmişdi.
Şəxsi həyatı ilə bağlı qərar vermək üçün kifayət qədər yetkin olduğunu deyən Jasmin valideynlərinin də onun bu qərarını dəstəklədiyini bildirib.
Jasmin bütün gənc qızlara sonradan ayrılacaqları insanla bakirəliklərini itirməkdənsə, bu cür metoddan istifadə etməyi tövsiyə edib.