27 Mart 2018 14:09
1 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada PKK işğalı altındakı bir çox ərazilərdən Türkiyəyə "Bizi PKK-dan qurtarın" çağrışları gəlir.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, son belə mesaj Menbicin nüfuzlu tayfa başçılarından biri olan Abdulkərim əl Fahhəldən gəlib:

"Xalq Türkiyə Silahlı Qüvvələri (TSK) və Azad Suriya Ordusunu dörd gözlə gözləyir. Onları güllərlə qarşılayacağıq".

PKK-nın ölüm hökmü kəsdiyi Abdulkərim əl Fahhəl PKK/PYD-yə məktub göndərərək, onlardan Menbici tərk etməyi tələb edib:

"Menbic xalqı da TSK-nın kontrolunda olan Afrindəki idarəetmənin tərəfdarıdır. PKK bəzi tayfa təmsilçilərini Rakkada həbsxanada saxlayırdı. Ancaq terror təşkilatı küncə sıxışdırılması səbəbindən onları sərbəst buraxdı. Xalq TSK və ASO-nun Menbic əməliyyatı zamanı dinc sakinlərin ziyan görməyəcəyini bilir. Dinc əhali "Terror təşkilatından nə vaxt qurtulacağıq" deyə soruşur. Menbic əməliyyatı başlayanda xalq şəhərin mərkəzində hərbçiləri yüksək səviyyədə qarşılayacaq. Xalq türk əsgərini güllə qarşılayacağını söyləyir".


Müəllif: Nahid

Oxşar xəbərlər