Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rekorda imza atıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, prezidentlik dönəminin 5492-ci gününü geridə qoyub.
Bununla Ərdoğan Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün rekordunu təzələyib.
1938-ci ildə vəfat edən Atatürk 5491 gün bu vəzifədə qalmışdı.