ABŞ Prezidenti Donald Tramp Veteranlarla iş üzrə nazir Devid Şulkini istefaya göndərdiyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Şulkin yaxın vaxtlarda vəzifələrinin icrasını dayandıracaq.
Bununla bağlı Tramp şəxsi Tvitter hesabında məlumat verib. O bildirib ki, Şulkinin yerinə bu vəzifəyə şəxsi həkimi admiral Ronni Ceksonun namizədliyini irəli sürüb.
Şulkinin nə vaxt vəzifəsini tərk edəcəyi isə açıqlanmır.