Fələstin Prezidenti Mahmud Abbas Qəzza sektorundakı faciəvi durumla əlaqədar ölkənin BMT-dəki missiyasına bu təşkilatın Təhlükəsizlik Şurasının iclasının çağırılması ilə bağlı tapşırıq verib.
Teleqraf.com TASS-a istinadən xəbr verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyinin rəhbəri Hüsəma Zomlot bildirib.
Zomlot İsrailin fələstinlilərə qarşı hücumlarının qəbuledilməz və insanlığa qarşı cinayət olduğunu bildirib.
O deyib ki, şənbə günü on minlərlə fələstinli Qəzza sektoru ilə İsrailin sərhədinə toplaşaraq həmvətənlərinin doğma ölkələrinə qaytarılmasını tələb ediblər: "Bir çox rayonlarda dinc nümayişlər İsrail polisi və hərbçiləri ilə qarşıdurmaya çeüvrilib. Nəticədə 16 fələstinli həlak olub, 1,4 min nəfərdən artıq ərəb yaralanıb. Martıq 31-i Fələstində matəm günü elan edilib".