“HMD Global” şirkəti “Nokia” mobil telefonunun daha bir populyar modelini təkrar buraxmağı planlaşdırır.
Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, şirkət bu dəfə 1994-cü ildə təqdim edilən “Nokia 2010” telefonunun təkrar istehsalını nəzərdə tutur. O, orijinal modelin 25 illiyi münasibətilə buraxılacaq.
Məlumata görə, qara, qırmızı və sarı rənglərdə buraxılacaq populyar telefon “Nokia A10” adlanacaq.
Yenilənmiş “Nokia 2010” telefonu “Nokia 3310” (2017) və “8110” (2018) modellərinin işlədiyi eyni əməliyyat sistemi ilə təchiz ediləcəyinə baxmayaraq “WhatsApp” messencerini dəstəkləyəcək.
Xatırladaq ki, Finlandiya istehsalçısı bundan əvvəl “Nokia 3310” və “8110” modellərinin yenilənmiş versiyalarını təqdim edib.