6 Aprel 2018 00:59
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həbs edilən İran əsilli iş adamı Rza Zərrabın cib telefonu və spirtli içki əldə etmək üçün 45 min dollar verdiyi həbsxana nəzarətçisi həbs edilib.

Teleqraf.com xəbər verir ki, Nyu York prokurorluğu Manhattandakı Metropolitan həbsxanasının nəzarətçisi Viktor Kasado ötən gün həbs edilib.

O, vəzifə səlahiyyətlərini aşmaqda, məhkumların təhlükəsizliyini təmin etmək vəzifəsini pozmaqda və məhkumlardan rüşvət almaqda suçlu bilinir.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.


Müəllif: Ayxan

Oxşar xəbərlər