Rusiya Prezidenti Vladimir Putin Almaniyalı həmkarı Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Angela Merkelə Münster şəhərində baş verən faciə ilə əlaqədar başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, bu gün axşam Münsterdə yük avtomobili küçədə restoranda əyləşən insanların üzərinə sürülüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.