Niaqara şəlaləsi ABŞ və Kanada sərhədi arasında yerləşir. Çay ABŞ-ın Nyu York ştatı ilə Kanadanın Ontario bölgəsini ayırır. Bu dünya möcüzəsinə baxmaq üçün müxtəlif ölkələrdən hər il bura minlərlə turist gəlir. Harada turist varsa, orada pul var.
Burada ilk pul qazann insan isə fransalı ekvilibrist Emil Blonden olub. O, 1859-cu ildə insanların gözləri önündə 50 metr hündürlüyündəki kanat vasitəsilə şəlaləni keçir. 390 metr uzunluğunda və 5 santimetr qalınlığında olan kanatı rahat keçən Blonden çoxlu pul qazanır. Ancaq onun bu məşhurluğu az qala həyatı bahasına başa gələcəkdi. Belə ki, Blonden gözü bağlı vəziyyətdə kanatı keçəcəyini deyir. Bir çoxları onun kanatı keçə bilməyəcəyinə pul yatırır. Onun uğurlu olduğunu görən insanlar isə çirkli yollara əl atırlar. Onlar güzgü vasitəsilə günəş işığını Blondenə yönləndirib, onun yıxılmasını istəyirlər. Bundan xəbərdar olan Blonden ABŞ-ı tərk edir və Avropaya qayıdır.
1969-cu ildə məşhur perulu dramaturq Alonso Blonden haqqında ‘’Niaqaranın keçilməsi’’ pyesini yazır. Əsər 50 ölkədə səhnələşdirilir.
Blonden Amerikanı tərk etdikdən sonra onun davamçıları ortaya çıxıR. Qarri Lesli kanat üzərində şəlaləni keçir. Amma onun da bu məşğuliyyəti uzun müddət davam etmir. O, növbəti dəfə şəlaləni keçmək istəyərkən, izləyicilərindən biri Leslini öldürməyə cəhd edir. Lesli bundan sonar bir daha kanat üzərində gəzməyəcəyini açıqlayır.
1873-cü ildə italiyalı Uqo Ballini kanatı keçmək istəsə də, kəndir qırılır və o, hündürlükdən yerə yıxılır. Ancaq xoşbəxtlikdən sağ qalır.