19 Aprel 2018 00:29
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin A9 telekanalının sahibi olan və “Harun Yəhya” kimi tanınan Adnan Oktarın rəhbərlik etdiyi cəmiyyətdən uzaqlaşan və qalmaqallı açıqlamaları ilə gündəmə gələn kedicik Ceylan Özgül ona qarşı edilən hədələrlə bağlı məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Anadolu Ailə Məhkəməsi Adnan Oktar və Didəm Ürerin də aralarında yer aldığı şəxslərin 4 ay boyunca Ceylan Özgülə hər hansı bir formada yaxınlaşmağı, təmas qurmağı qadağan edib.

Qərarın pozulmasına görə, 6 ay həbs cəzası nəzərdə tutulub.

Qeyd edək ki, Ceylan Özgül Adnan Okrtarı onu zorla və şantaj yolu ilə yanında saxlamaqda ittiham edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər