Avropa İttifaqı Ermənistanda etiraz aksiyaları zamanı saxlanılan şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, tərəfləri təmkinli olmağa çağıran Aİ-nin bəyanatında "Öz qanuni hüquqlarının həyata keçirilməsi zamanı qeyri-qanuni saxlanılan hər bir kəs dərhal azad olunmalıdır", deyə bildirilir.
Qeyd edək ki, bu gün İrəvanda keçirilən etiraz aksiyası zamanı 228 nümayişçini saxlanılıb.
Xatırladaq ki, aprelin 13-dən İrəvanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.