ABD prezidenti Donald Tramp Cənubi Koreya prezidenti Mun Jae-in və Yaponiya baş naziri Şinzo Abe ilə telefon danışıqları zamanı Şimali Koreyaya qarşı təzyiqlərin diplomatik müzakirələrlə paralel aparılması məsələsində razılığa gəlindiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "ABC" telekanalı məlimat verib.
Ağ evdən bildirilib ki, Tramp Cənubi Koreya prezidenti Mun Jae-in və Yaponiya baş naziri Şinzo Abe ilə ayrı-ayrılıqda Şimali Koreya ətrafındakı proseslərin, atılacaq addımları müzakirə edib və müəyyən razılıq əldə olunub.
Hər üç tərəf Koreya yarımadasında nüvə proqramlarına son qoyulması üçün ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.