1 İyun 2018 11:17
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada agentlər Donald Trampın 2016-cı ildən Rusiya casusu olduğunu bilir.

Teleqraf.com xəbər verir ki, bu iddianı ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) sabiq analitiki irəli sürüb.

NSA-nın sabiq analitiki Con Schindler bu iddia barədə “Observer” qəzetindəki məqaləsində yazıb.

O, ABŞ kəşfiyyat xidmətində Prezident Donald Trampla Kremli arasında əlaqələrə dair indiyə qədər ortaya çıxanlardan daha çox məlumat olduğunu qeyd edib.

Schindler bildirib ki, NSA əməkdaşı ona bəzi müttəfiq xarici kəşfiyyat xidmətlərinin yardımı ilə Tramp və ailəsinin 2016-ci il seçki kampaniyası dövründə nə etdiklərini öyrəndiyini deyib.

Tramp prezident olmaq üçün Respublikaçılar Partiyasının namizədi seçilərkən, NSA Schindlerə “aramızda bir rus casusunun olduğunu bilirdik” ifadəsini söyləyib.

Adı açıqlanmayan NSA əməkdaşı Rusiya hökumət məmurlarından Trampın kampaniyasına dəstəklə bağlı çoxlu sayda ifadə toplandığını deyib. O, əlavə edib ki, Kremlin Trampı öz övladı kimi qəbul edir.

Schindler Tramp və onunla birgə olanların 2016-cı il seçkilərində Rusiyadan gələn yardımların fərqində olduqlarını və bu yardımları qəbul etdiklərini bildirib. Analitik iddia edib ki, “Tramp və uşaqları nə etdiklərini və bunu kiminlə etdiklərini gözəl bilirdilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər