5 İyun 2018 13:32
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında 3 yaşlı qız polisə zəng edərək anasının həyatını xilas edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Klivlend şəhərində baş verib.

Məlumata əsasən, narkolepsiyadan əziyyət çəkən Miranda Kreyq vaxtında dərmanı qəbul etməyi unudub və yemək bişirən zaman huşunu itirib. Bunu görən qadının 3 yaşlı qızı Doroti polisə zəng edib. Növbətçi xətdə ağlayan uşaq səsini eşidib. Uşaq dəqiq ünvanı söyləyə bilmədiyindən polislər “Country Road 386” küçəsindəki evləri bir-bir yoxlamalı olublar.

Polis kapitanı Ken Defur isə bunun nadir hal olduğunu və balaca qızın anasını xilas etdiyini söyləyib.

Qeyd edək ki, narkolepsiya - qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar baş verməsi ilə xarakterizə olunan təhlükəli xəstəlikdir. Tutmalar istənilən anda və şəraitdə baş verə bilər.


Müəllif: Ruslan

Oxşar xəbərlər