5 İyun 2018 19:37
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya Məhkəməsi Stokholm Beynəlxalq Artbitraj Məhkəməsinin qərarı çərçivəsində Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”a təzminat ödəməyi rədd edən Rusiyanın “Gazprom” şirkətinin səhmlərini müsadirə edib.

Teleqraf.com xəbər verir ki, məhkəməyə müraciət edən “Naftogaz” rəhbərliyi qarşı tərəfdən təzminatı almaq üçün bütün qanuni yollara baş vurduqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl “Naftogaz” 2.6 milyard dollarlıq təzminatı ödəməyən “Gazprom”un İsveçrədəki səhmlərinin müsadirə edildiyini açıqlamışdı.

Məlum olduğu kimi, Beynəlxalq Arbitraj Məhkəməsi iki şirkət arasında gedən məhkəmə prosesində Ukrayna təmsilçisinin lehinə qərar vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər