6 İyun 2018 17:12
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər fəal şəkildə əməkdaşlıq etdiyi NATO-ya qəbul olmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətər baş nazirinin müavini, müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl-Attıya bildirib:

“Qətər NATO ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq hər gün inkişaf edir və ölkə ərazisində NATO-nun ixtisaslaşdırılmış mərkəzinin və ya hər hansı bölmələrinin yerləşdirilməsi mümkündür”.

Dövlət naziri əlavə edib ki, Qətər Şimali Atlantika alyansı genişləndiriləcəyi halda tam hüquqlu üzvlüyə ümid bəsləyəcək.


Müəllif: Ruslan

Oxşar xəbərlər