Səudiyyə Ərəbistanında vəzifəli şəxslərə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan 4 İran vətəndaşı edam olunacaq.
Teleqraf.com xəbər verir ki, məhkəmə həmin şəxslərin İranın tapşırığı ilə ölkədə terrorçu şəbəkə yaratmağa cəhd etdiklərini sübuta yetirib.
Həbs edilənlərin İranda xüsusi təlim keçdikləri müəyyən edilib.
Terrorçuluqda ittiham olunan şəxslərin adları açıqlanmır.