10 İyun 2018 21:28
2 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə prezidentliyə namizəd Məral Akşənər ilk dəfə evliliyi barədə danışıb.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, xanım siyasətçi həyat yoldaşı Tuncər Akşənərlə sevərək ailə qurduğunu söyləyib.
“Həyat yoldaşım mənimlə evlənmək üçün evdən qaçıb. Adam başqa nə etməliydi?”, - deyə Məral Akşənər bildirib.
Onun sözlərinə görə, evin bütün ehtiyaclarını həyat yoldaşı ödəyir: “Məndən pul almır, məni də o dolandırır. Öz qazandığımı özüm xərcləyirəm. Universitetdə müəllim işləyəndə tələbə qızları oxudurdum. Bunu hamı bildiyi üçün deyirəm. Amma deputat olandan sonra əlimdə universitet maaşından daha az pul gəlir. Çünki siyasətin xərcləri çoxdur”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər