Suriyada hava hücumundan sonra əlləri və gözlərindən yaralanan uşağın əməliyyatdan sonra “görmürəm” fəryadı ürəkləri dağlayıb.
Teleqraf.com xəbər verir ki, ağlayaraq görmədiyini deyən uşağı atası uzun müddət sakitləşdirə bilməyib.
BMT Suriyada 8 ilə yaxındır davam edən döyüşlərdə uşaqların ölüm riskinin yüksəldiyini açıqlayıb. UNİCEF-in hesabatına əsasən, 2017-ci ildə əvvəlki illərlə müqayisədə iki dəfə çox uşaq həlak olub.