12 İyun 14:34
484

“Real Madrid”in uelsli futbolçusu Qaret Beyl keçmiş komandası “Tottenhem”ə qayıda bilər.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı futbolçunun komandadan getmək ehtimalı artdıqca gələn təkliflər də çoxalır.

Daha əvvəl Beyl “Bavariya”dan gələn təklifi rədd edərək “Real Madrid”dən ancaq Premer Liqa üçün gedərəm” söyləyib.

Uelsili oyunçunu heyətinə qatmaq istəyənlər arasında “Mançester Yunayted” və “Barselona” da var.

“Don Balon”un xəbərinə görə, kral klubu futbolçunun “Tottenhem”ə qayıtmasını istəyir. Onlar Beyli Kristen Eriksenlə dəyişmək fikrindədirlər. Bununla Qaretin “Barselona”ya keçməsinin qarşısını almış olacaqlar.


Müəllif: Ruslan
Загрузка...