Fransanın sabiq prezidenti Sarkozi dövründə ölkənin daxili işlər naziri vəzifəsini tutan Klaude Guenta ilə bağlı sensasion detalları ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Fransanın “Le Cenard Enchaine” qəzeti iddia edib ki, sabiq nazir türkiyəli milyarder Cem Uzan tərəfindən maliyyələşdirilib və ələ alınıb.
Qəzet iddia edib ki, həmin dövrdə Fransada mühacir kimi yaşayan Cem Uzan oturum almaq məqsədilə nazirlə korrupsiya əməlinə girib.
Sarkozinin seçki kampaniyası zamanı Liviyada maliyyə dəstəyi aldığına dair aparılan cinayət işində nazir Klaude Guentana İordaniya İnvestisiya Fonduna bağlı “Jorda Dubay Capital” adlı şirkət tərəfindən 25 min avro maliyyə alıb.
Əlavə edilib ki, nazirin o dövrdə şirkətdə işə qəbul edilməsi təsadüfi olmayıb, bu şirkətin həmin illərdə türk milyarder Cem Uzan tərəfindən satın alındığını xatırladılıb.
Qeyd edilib ki, o dövrdə Cem Uzan Fransaya mühacirət edib. Oturum almaq məqsədilə cəhdlər göstərib. Cem Uzan Türkiyə Prezidenti Ərdoğanın açdığı cinayət işindən, eyni zamanda ona 5 milyardlıq məhkəmə davası açan Nokia və Motorolla telefon şirkətlərindən yaxa qurtarmaq niyyətində olub. Onun adı İnterpolda axtarışda olub.
Cem Uzanın sözçüsü “Sabiq nazir Klaude Guentanın mesajını aldım. Hörmətli Uzanla bağlı natamam informasiya valiliyə çatıb. Bu informasiyanı təsdiq edə bilərsinizmi?” sözləri yazılan mesajı Fransa DİN-ə göndərdiyinin 2013-cü ildə ortaya çıxdığını qəzet xatırladıb. Qəzet qeyd edib ki, natamam informasiya valiliyə çatdıqdan qısa müddət sonra Cem Uzan Fransada xüsusi mühafizə altına alınıb.
Bundan başqa, qəzet Cem Uzan qədər zəngin olan qardaşı şirkətlərdən birinin rəhbərliyinə Klaude Guentayanın kürəkəni Jean Çarlesi gətirdiyini iddia edib.