Türkiyə Daxili İşlər naziri Süleyman Soylu İkiyaxa dağlarında və Düztəpədə terrorçulara məxsus böyük silah anbarını ələ keçirdiklərini açıqlayıb.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, nazir bunu Hakkari bölgəsində indiyə kimi ən çox silah-sursat ələ keçirilən əməliyyat kimi dəyərləndirib.
PKK terror təşkilatının ən mühüm mövqelərindən birinin zərərsizləşdirildiyini qeyd edən Süleyman Soylu əməliyyatda iştirak edən bütün hərbçiləri təbrik edib və onlara təşəkkürünü bildirib.