16 İyun 2018 11:55
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın birinci ledisi Melanya Tramp həyat yoldaşını ad günündə tək qoyub.

Teleqraf.com “Deyli Meyl”ə istinadla xəbər verir ki, Melanya Trampın nümayəndəsi prezidentin xanımının iyunun 13 və 14-də Nyu-Yorkda olduğunu deyib.

Birinci xanımın ictimai əlaqələr üzrə direktoru Stefani Qrişem Melanya Trampın bir sıra görüşlərdə iştirak üçün Nyu Yorka getdiyini və bu səbəbdən ABŞ prezidentinin ad günündə ola bilmədiyini söyləyib.

Xatırladaq ki, Donald Tramp 72-ci doğum gününü iyunun 14-də Ağ Evdə qeyd edib. O, “Foks nyus”a müsahibəsində ad günü münasibətilə gözəl həyat yoldaşından hədiyyə olaraq bir öpüş aldığını bildirib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər