Hindistanın ən böyük dövlət bankı İranla əməkdaşlığı dayandıra bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə, Hindistan Neft Şirkətinin maliyyə məsələləri üzrə direktoru Eytan Şarma jurnalistlərə açıqlamasında bildirib.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalarının tətbiqinə toxunan Şarma bildirib ki, əgər İrandan alınan neftin pulunun bank vasitəsilə köçürülməsində hər hansı problem və ya məhdudiyyət yaranarsa, Hindistan Neft Şirkəti İrandan neft idxalını xeyli dərəcədə azaltmalı olacaq:
“Əgər ödəniş edilməsi üçün yeni yollar axtarılmasıa, avqust ayından sonra İrandan neft alışı dayandırıla bilər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib. Əvvəlki sanksiyalar bərpa olunub, hətta, bir qədər də genişləndirilib. Nəticədə, son həftələrdə dünyanın onlarla iri şirkəti İranla əməkdaşlığı dayandırıb.