17 İyun 2018 13:40
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Səudiyyə Ərəbistanı energetika bazarında balansı qorumaq məqsədilə işbirliyində olacaq.

Teleqraf.com xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih arasında bununla bağlı yeni saziş imzalanıb.

Qarşılıqlı anlaşmaya əsasən, tərəflər neft və qaz sektorlarında işbirliyini genişləndirəcəklər.

Rusiya və Səudiyyə Ərəbistanı artan neft təlabatını ödəmək üçün neft və qaz sahəsinə yatırdıqları investisiyanın həcmini artıracaqlar.

Tərəflər Avropa ölkələrinin qazla təmin edilməsi planını da nəzərdən keçirəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu