Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov keçmiş yuqoslav respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.
Teleqraf.com xəbər verir ki, razılaşma Yunanıstanın Makedoniya-Albaniya sərhədində imzalanıb.
"Biz bu razılaşma ilə fəxr edirik. Fəxr edirik ki, bizi ayıran razılaşma ətrafında cəmləşdik və bizi birləşdirən qərarı seçdik", deyə Makedoniya baş naziri Zoran Zayev bildirib.