Rusiya Baltik dənizi yaxınlığında yerləşən Kalininqraddakı hərbi anbarını genişləndirir.
Teleqraf.com xəbər verir ki, NATO ilə münasibətləri gərginləşən Rusiyanın nüvə arsenalını böyütdüyü iddia olunur.
Nüvə silahları olan anbarda yeni beton dam qurulub, sığınacaq isə həm genişləndirilib, həm də gücləndirilib.
ABŞ-ın nüvə proqramı layihəsinin direktoru Hans Kristensen deyib ki, bu prosesə 2016-cı ildə start verilib: “Əlbəttə, bu fotolar Kalininqradda nüvə silahları olduğunu qəti sübut etmir, amma bu ərazinin aktiv mərkəz olduğunu göstərir. Anbarda hansı nüvə başlıqlarının olduğunu bilmirik”.