18 İyun 2018 18:42
2 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatına ev sahibliyi edən Rusiyada uçan naməlum obyektlərə (UNO) bənzər görüntülər çaxnaşma yaradıb.

Teleqraf.com xəbər verir ki, turistlər UNO-ları telefonla çəkməyə çalışıblar.

Səmadakı qeyri-adi cisimlərin şəkillərini turistlər sosial mediada paylaşıblar. Sosial şəbəkələrdə geniş yayılmış görüntülər mətbuatın da diqqətini çəkib.

Rusiya Kosmik Agentliyi səma cisimlərinin UNO olmadığı barədə açıqlama yayıb.


Müəllif: Naibə Qurbanova