ABŞ-da son 24 saat ərzində ikinci reper öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə CBS Pittsburgh məlumat yayıb.
Kanalın xəbərinə əsasən, Jimmy Vopo ləqəbli 21 yaşlı Treyvon Smartı avtomobilində olarkə,n güllələyiblər. Reper xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mətbuatın yaydığı məlumata görə, bu hadisədən bir neçə saat əvvəl isə Cənubi Floridada 20 yaşlı reper Ceysi Dueyn Onfroy salondan çıxarkən güllələnib. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Vopo 14 yaşından musiqi karyerasına başlayıb. 2016-cı ildə isə onun "Elm Street" mahnısı YouTube-də 6 milyondan çox baxış toplayıb.