21 İyun 2018 14:36
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Yəməndə qeyri-insani işgəncə faktları ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, işgəncə faktları bir məhbusun “Röyter” agentliyinə göndərdiyi məktub əsasında ictimailəşib.

Agentlik məhkumun adını çəkmədən BƏƏ-nin Yəməndəki həbsxanasında baş verən fiziki və cinsi zorakılıqları təsvirlərlə açıqlayıb. Bəlli olub ki, həbsxana nəzarətçiləri məhbuslara insanlıqdan kənar işgəncə metodları tətbiq edir.

Məhbus məktubunda qeyd edib ki, ona qarşı ittiham irəli sürülməsə də bir ildə üç fərqli həbsxanaya göndərilib. Hər dəfə fiziki işgəncələrlə üzləşib.

Məktubda həbsxana əməkdaşlarının necə axtarış apardığı, işgəncələrdən sonra məhkumların hansı vəziyyətə düşdüyü çəkilən rəsmlərlə ortaya qoyulur.

Agentliyə danışan başqa şahidlər də Yəmənin cənubundakı Beir Əhməd məhbəsində kameralara maskalı daxil olan nəzarətçilərin məhkumlara işgəncə verərək onlara cinsi təcavüz etdiyini qeyd edib.

Bir keçmiş həbsxana əməkdaşı isə bildirib ki, ABŞ hərbçiləri işgəncə zamanı onlardan bir neçə metr uzaqda dayanıbmış. Həbsxanalarda məhkumlara Birləşmiş Ərəb Əmrliyinin xeyrinə casusluq etməsi məqsədilə fiziki və cinsi təcavüz edilir, beləcə məhkumlar buna məcbur qalır.

Qeyd edək ki, Yəməndə Əl-Qaida ilə əlaqədə şübhəli bilinən məhkumlar ölkənin cənubunda məxfi həbsxanada işgəncə və qeyri-insani rəftara məruz qoyulur.

Yəmənin cənubunda BƏƏ-nin ixtiyarında 18 həbsxananın olduğunu qeyd edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər