27 İyun 2018 10:10
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 18 ştatının prokurorları Donald Tramp hakimiyyətinə qarşı iddia qaldırıb.

Teleqraf.com-un məlumatına görə, prokurorlar hesab edirlər ki, ölkəyə qeyri-qanuni yolla gələn qaçqınların uşaqlarının zorla əllərindən alınmasına səbəb olan “Sıfır dözümlülük” siyasəti anti-insani addımdır.

Məlumata görə, Vaşinqton bölgə məhkəməsində iddia qaldıran Kaliforniya, Yeni Meksika, Nyu York, Pensilvaniya, Virciniya və daha bir neçə ştatın prokurorlarının fikrincə, “Sıfır dözümlülük” siyasəti eyni zamanda ölkə konstitusiyasına da ziddir.

Bundan əvvəl ABŞ Mülkü Birliyi Kaliforniya ştatının San Dieqo şəhərində uşaqların zorla ailələrindən alınması səbəbindən məhkəmə davası açıb.

Məhkəmə ailələrindən zorla alınan körpələrin dərhal valideynlərinə qaytarılması haqda qərar verib.


Müəllif: Cavad

Oxşar xəbərlər