Ermənistanın Vaytz-Dzor, Amulsar bölgələrində bir neçə gündür davam edən etiaz aksiyaları səngimək bilmir. Bölgə sakinləri qızıl axtarışlarını davam etdirən şirkətə etiraz edirlər. Etirazçılar magistral yolu bağlayaraq, hakimiyyətdən mədən işlərinin dayandırılmasını tələb edirlər.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, Jermuk sakinləri qızıl axtarışlarının bölgədə içməli suyu çirkəndirdiyini, ekeoloji fəlakətə yol açdığını bildirirlər.
Baş nazir Nikol Paşinyan xəbərdarlığa baxmayaraq, etirazçıların sakitləşməməsini “təxribat” və “vətəndaş itaətsizliyi” adlandırıb. Hökumət başçısı vətəndaşlardan polis müdaxiləsi olmadan etirazları dayandırmağı tələb edib.
Vətəndaşlar isə Ekologiya naziri Erik Qriqoryanın onları aldatdığını bildirərək, tələbləri yerinə yetirilənədək, etirazların davam edəcəyini bildiriblər.
Etirazçıların Nikol Paşinyana ünvanladıqları müraciətdə deyilir:
“İnqilabda sizinlə çiyin-çiyinə döyüşdük. Serj Sərkisyan rejimini devirdik. Bundan sonra siz bizə bir çox vədlər kimi hökumətin mədən işləri siyasətini dəyişəcəyini söz verdiniz. Amma vədinizin yerinə yetirmədiniz, bizi aldatdınız. Baş nazir postuna keçəndən sonra siz də dəyişdiniz”.