İranda Neft Emalı Zavodunda (NEZ) baş verən yanğın zamanı 1 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Hadisə Abadanə şəhərindəki zavodda baş verib. Yanğın 1 sutka davam edib. Hələ ki onun baş vermə səbəbləri məlum deyil.
Yerli fövqəladə tibbi yardım mərkəzinin rəhbəri Şəhriyar Mirheşti bildirib ki, xəsarət alan 8 nəfərə yerində kömək göstərilib. Qalanları isə ciddi yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.