29 İyun 2018 07:36
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vətəndaşı olan Aleksandr Smit zaman səyahəti etdiyini, keçmiş və gələcəkdə olduğunu iddia edir.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, YouTube kanalında paylaşdığı videoda Smit Mərkəzi Kəşfiyyat İdarəsinin keçirdiyi sınaqlarda iştirak etdiyini bildirib.

Onun açıqlamasına görə, ilk dəfə 1981-ci ildə zaman səyahətinə başlayıb. O, çox maraqlandığı üçün 2018-ci ilə gələrək bir çox şəhərlərin şəkillərini çəkdiyini, ancaq ABŞ hökuməti və MKİ-nin fotoları müsadirə etdiyini bildirib. Hətta ona istədiyi zaman səyahət etməmək və bu yolla var-dövlətini artırmamaq üçün qadağa qoyulduğunu da vurğulayıb. Smit bunun qarşılığında MKİ-nin ona pul ödədiyini bildirib.

52 yaşlı Aleksandr bəzi yadplanetlilərin dünyanı ziyarət etdiklərini və xüsusilə 21-ci əsrin 2-ci yarısı ilə maraqlandıqlarını söyləyib. Smit MKİ-nin istəyi ilə 2118-ci ilə səfər etdiyini və şəhərlərin şəkillərini çəkdiyini də iddia edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər