YPG terror təşkilatı Türkiyəni təhdid edib. Teleqraf.com xəbər verir ki, YPG-nin nümayəndəsi Xelil Bozi bildirib ki, əgər türk əsgər Menbiçə girsə müqavimət göstərəcəklər.
"Türk əsgərinin Menbiçə girməsi xəbəri doğru deyil. ABŞ-la əldə olunan anlaşmaya görə, türk əsgərlər Sacur çayının ətrafında yerləşəcəklər. Koalisiya qüvvələri bizə Menbiçə girməyəcəklərinə dair söz verdi. Əgər Menbiçə girsələr müqavimət göstərəcəyik", deyə X.Bozi qeyd edib.
Menbiç 2012-ci ildə Azad Suriya Ordusunun, 2014-cü ildə İŞİD-in nəzarətində olub. Son illər şəhərə nəzarət YPG-nin əlinə keçib.