Artıq narkotik satışının əhəmiyyətli hissəsi internet vasitəsi ilə həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bu fikirlər BMT-nin Narkotik cinayətkarlığı ofisinin hazırladığı hesabatında qeyd edilib.
Dünya narkotik hesabatı Vyanada açıqlanıb.
Qeyd edilir ki, dünyada narkotikdən istifadənin miqyası sürətlə genişlənir. 2017-ci ildə narkotikdən istifadə edənlərin sayı 250 milyon olduğu halda, 2018-ci ildə bu rəqəm 275 milyona çatıb.
Beləliklə, dünyada narkotik maddələrdən istifadə statistikasında 10 faiz artım var.