30 İyun 2018 19:45
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada ABŞ mallarına əlavə gömrük rüsumları tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Kanadanın Xarici İşlər naziri Krista Freland deyib.

O bildirib ki, ABŞ-ın tətbiq etdiyi vergi rüsumlarına Kanada eyni formada cavab veriləcək: “Kanada bu məsələdə geri addım atmayacaq”.

Qeyd edək ki, Vaşinqtonla Ottova arasında gömrük taarifləri mövzusunda bir müddətdir ki, gərginlik müşahidə edilir. Kanada tərəfinin cavab tədbirlərinə əl atacağı haqda açıqlamasından sonra gərginlik pik həddə qalxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər