Amerikada uçuş zamanı təyyarələrdə kompüterdən istifadənin yasaqlanmasının arxasında ciddi kəşfiyyat məlumatları dayanır.
Teleqraf.com xəbər verir ki, “Əl-Qaidə”nin partlayıcı mütəxəssisi olduğu dövrdə İngiltərə xarici kəşfiyyatı Mİ6 tərəfindən casus kimi istifadə olunan və cihadçılar arasına sızmağa çalışan Aimen Dean ABŞ-ın sərnişin təyyarələrini kompüter vasitəsilə partlatmaq planlarının ortaya çıxdığını bildirib.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya bir müddət əvvəl Yaxın Şərq istiqamətində uçan sərnişin təyyarələrində kompüterlərin daşınması və istifadəsini qadağan edib. Bu qadağanın arxasında ciddi kəşfiyyat məlumatlarının durduğu isə indi ortaya çıxıb.
Mİ6 tərəfindən casusluğa cəlb edilən Aimen Dean “Doqquzuncu can” təxəllüsü ilə tərcümeyi-halı və taleyi haqqında kitabını nəşr edib.
Kitabda İngiltərənin Dudley şəhərində cihadcı Hamayun Tarixin kompüter batareyası görüntüsü verən bombaları təyyarəyə daxil etmək planları haqqında bəhs edilir.
Bu planın öyrənilməsindən sonra 2017-ci il martından başlayaraq 4 ay müddətinə təyyarə uçuşları zamanı kompüter qadağası tətbiq edilib.
Deanın yazdığına görə, avtomobil təmirçisi olan Tarix cihadçıya çevrilib və Tvitter üzərindən bomba düzəltmək bacarığına yiyələnib. İŞİD üçün kompüter batareyası kimi görünən və təyyarəyə daxil edilə bilən bombalar düzəltməklə məşğul olan Tarix hazırda insansız hava vasitələrini (dronlar) futbol meydançaları və digər kütləvi mərkəzləri vurmaq üçün təkmilləşdirməklə məşğuldur.
Dean məxfi casusluğa cəlb edildiyi dövrlərdə Əbu Müslüm ıl Britani adından istifadə edərək Tarix ilə tanış olub.
“2017-ci ildə bir kəşfiyyat qaynağı mənə Əbu Müslümün kompüter batareyası kimi görünəcək bombaların təyyarələrə qoyulacağı, təyyarənin partladılacağı haqda informasiya verdi”,- deyən Mİ6 agenti Tarixin 3,3 il həbs yatdıqdan sonra 2012-ci ildə ölkədən ayrılaraq, Pakistanda “Taliban”a qatıldığını, Vəzirstan regionunda qurduğu müasir texnoloji bomba labarotoriyasındakı görüntülərini Tvitter üzərindən paylaşdığını bildirib.
Sosial mediada “Mücahidin partlayıcı rəhbəri” qrupundan parçalar paylaşan Tarix bombanın hissələrini bir araya gətirmək üçün istifadə ediləcək elektron parçalar və zəhərli maddəni əldə etmək üçün kimyəvi informasiyalar haqda əl yazısı, habelə fotolar paylaşıb.
2014-cü ilin avqustunda Tvitter üzərindən “Qardian” qəzetinin suallarına cavab verən cihadçı zehniyyətə malik Tarix hazırda Suriya-İraq sərhəddndə gizlənir.