5 İyul 2018 16:18
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riqada Sputnik-Latviya agentliyi və radiosunun şef-redaktoru Valentins Rojençovs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, o, RİA Novosti-yə açıqlamasında polisin onu “söhbət üçün” 12 saatdan çox saxladığını bildirib. Bu, Rojençovs dünən gecə Moskvadan Riqaya uçduqdan sonra baş verib.

“Məni “söhbət üçün” saxladılar. Özləri bunu belə adlandırdılar. Protokol tərtib edilmədi. Təhlükəsizlik polisi mənin Sputnik-Latviya-dakı işimlə və resursun özünün Latviyadakı fəaliyyəti ilə maraqlandı. Bütün gecə boyu təhlükəsizlik polisi əməkdaşlarının kabinetində olmuşam. Məni ən azı 12 saat sonra – bu gün səhər buraxdılar. Bu, Latviyada formal saxlanılma hesab olunmur”, – deyə o bildirib.

V.Rojençovs Latviya vətəndaşıdır, o Riqaya işi ilə bağlı gedib.

Məsələni şərh edən Sputnik-in mətbuat xidmətindən qeyd ediblər ki, jurnalistlərə təzyiqlər Baltikyanı ölkələrdə normaya çevrilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Latviya Rusiya KİV-lərinə qarşı mübarizəni getdikcə gücləndirir və rusdilli auditoriyanı zərbə altında qoyur.


Müəllif: Səxavət

Oxşar xəbərlər