İngiltərənin Şeffild şəhərinin yeni lord-meri olan Somali əsilli Maqid Maqid ABŞ Prezidenti Donald Trampa şəhərə girişi qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhər meri tvitter hesabında yazıb. Mayda bu postu tutan 28 yaşlı somalili qaçqın iyulun 13-nü - Trampın İngilətərəsə səfər tarixini - Meksika ilə həmrəylik günü elan edir.
Qeyd edək ki, Maqid Maqid 1994-cü ildə anası və 5 ailə üzvü ilə Efiopiyadakı sığınacaqdan İngiltərəyə gəlib.