6 İyul 2018 00:12
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə iyulun 11-12-də baş tutması planlaşdırılan NATO sammiti Rusiyaya qarşı sanksiyalar gündəmdə saxlanılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsui Kay Bailey Hatçison jurnalistlərə açıqlamasında bildirib.

"Sammitdə əsas diqqət Rusiya və onun zərərli fəaliyyətinə yönəldiləcək" deyən Hatçison qeyd edib ki, gələcəkdə, Ukrayna və Gürcüstanın ittifaqa qoşulması istiqamətində ciddi işlər görülür: "Gürcüstan və Ukraynanın NATO-ya üzvülüyünün onların suverenliyinə yönəldilməsini dəstəkləyəcəyik", deyə daimi nümayəndə bildirib.

NATO baş katibi Jens Stoltenberq də sammitdə Rusiyanın təhdidləri mövzusunda çıxış edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər