8 İyul 2018 00:17
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi vəzifəsinə yeni təyinat olub.

Teleqraf.com xəbər verir ki, bu vəzifəyə pakistanlı hüquqşünas Cavid Rəhman təyin olunub. Həm Pakistan, həm də Böyük Britaniya vətəndaşı olan 51 yaşlı hüquqşünas BMT İnsan Hüquqları Şurasının iyulun 6-da Cenevrədə keçirilən 38-ci sessiyasında bu vəzifəyə təyin edilib. Hazırda Londonun Brunel Universitetinin müəllimi olan C.Rəhman dinlərin azadlığı, insan hüquqları üzrə dünya qanunları, eləcə də islam qanunlarının bununla bağlı mövqeyi barədə araşdırmalar aparıb.

O, həmçinin azlıqların hüquqları, işgəncəyə qarşı qadağa, terrorizmə və radikal islam qanunlarına qarşı mübarizə sahəsində BMT-nin azlıqların hüquqları ilə bağlı işçi qrupu ilə əməkdaşlıq edərək, müşavir qismində fəaliyyət göstərib.

Qeyd edək ki, BMT-nin İranda insan hüquqları üzrə əvvəlki xüsusi nümayəndələri Əhməd Şəhid və bir neçə ay əvvəl qəflətən vəfat edən Asimə Cahangir bundan əvvəl İrana gedib siyasi məhbuslar və hüquq müdafiəçiləri ilə görüşmək, ölkədə insan hüquqları ilə bağlı durumla yaxından tanış olmaq istəsələr də, rəsmi Tehran buna icazə verməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər