15 Avqust 2014 17:33
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rossiya Segodnya” agentliyinin foto-müxbiri Andrey Steninin yoxa çıxması ilə bağlı Rusiya Ukraynaya ikinci dəfə nota göndərib.

Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın Kievdəki səfirliyi notada Ukrayna XİN-dən daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenkonun jurnalistin taleyi ilə bağlı səsləndirdiyi fikirləri şərh etməsini xahiş edib. Qeyd edək ki, Qeraşenko jurnalistin Ukrayna təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılması ehtimalını vurğulamışdı.

Rusiya diplomat bildirib ki, Ukrayna hökuməti səfirliyin birinci notasına hələ də cavab verməyib. Artıq avqustun 5-dən bəri jurnalistlə əlaqə saxlamaq mümkün deyil.


Müəllif: