Rusiya, Türkiyə və İranın Suriyadakı əməkdaşlığı bölgədə sülhün təmin olunması üçün əhəmiyyətli addımdır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Duqin deyib.
İran dövlət televiziyasında “Sərhədsiz” adlı proqrama danışan Duqin qlobal və regional məsələlər haqqında fikirləri ilə diqqəti çəkib.
O, bildirib ki, Rusiya, Türkiyə və İranın əməkdaşlığı başda Suriya olmaqla bölgədə sabitliyin təminatı üçün önəmlidir, belədə ABŞ-ın regiondakı planları alt-üst olacaq.
Duqin üç ölkənin əməkdaşlığı sayəsində ABŞ-ın bölgədə nüfuzunu itirdiyinə işarə edib:
“Bu ittifaq dünyanın gələcəyini şəkilləndirəcək. Avrasiya projesinin uğurla tətbiqi sayəsində dünya təkqütblü düzəndən çoxqütblü düzənə keçid edəcək və ABŞ-ın regional nüfuzu azalacaq”.
ABŞ-ın nüvə sazişindən çıxmasından sonra İrana qarşı sanksiyalar tətbiq etməsinə diqqət çəkən Duqin “ortaq düşmən” olaraq təqdim etdiyi ABŞ hökumətiilə mücadilə edə bilməsi üçün Tehranın Moskva ilə əməkdaşlığı gücləndirməsini vacib hesab edib.