Türkiyədə prezident üsul-idarəsinə keçiddən sonra yeni təyinatlar davam edir.
Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan Baş Qərargah rəisi Hülusi Akarı Müdafiə naziri təyin etdikdən sonra bu ölkə üçün xüsusi əhəmiyyət daşıyan Baş Qərargaha hansı generalın təyin ediləcəyi maraq doğururdu.
Bu gün bəlli olub ki, türk ordusunda xüsusi rola malik Baş Qərargaha general Yaşar Gülər rəhbərlik edəcək. Bununla bağlı prezident sərəncam imzalayıb.
Qeyd edək ki, buna qədər Yaşar Gülər türk ordusunda quru qoşunlarına komandanlıq edirdi.
Baş Qərargahın rəisinin müavini vəzifəsini isə general Ümid Dündar həyata keçirəcək.