10 İyul 2018 18:28
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Fuad Oqtay yeni vəzifəsi ilə əlaqədar açıqlama verib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Fuad Oqtay Tvitter mikrobloqunda ona göstərilən etimada görə ölkə başçısına təşəkkür edib.

“Dövlətimiz və millətimiz üçün bu günə qədər olduğu kimi, bundan sonra da xidmət etmək imkanı verdiyi üçün Türkiyə Prezidentinə minnətdarlığımı bildirirəm. Əzm və sədaqətlə vəzifəmə davam edəcəyəm. Allah yardımçımız olsun”, - deyə Fuad Oqtay qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər