11 İyul 2018 08:17
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qoç Holdinq”in İdarə Heyətinin fəxri sədri Rahimi Qoç 3 il əvvəl Nyu-Yorkda 18 milyon dollara aldığı mənzili 2 milyon dollar zərəri ilə satışa çıxarıb.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun ən bahalı prospekti olan 57 th küçəsində yerləşən 96 mərtəbəli binanın 35-ci mərtəbəsində yerləşən mənzilin qiyməti 15,9 milyon dollardır.

3 otaqdan, 3 hamamdan ibarət, 400 metr yüksəklikdə yerləşən mənzildə yaşamaq bir növ təyyarədə yaşamağı xatırladır.

ABŞ-ın tanınmış əmlak şirkəti Duqlas Elliman tərəfindən satışa çıxarılan mənzilin aylıq vergisi 7.136 dollardır.

Qeyd edək ki, Qoçun satışa çıxardığı mənzil Manhettrn adasını yüksəklikdən görən və milyarderlərin yaşadığı göydələndə satılan ilk mənzildir.

Əlavə edək ki, bu göydələndə Sabançı və Eczaçıbaşı ailəsinin də olduğu ona yaxın türk milyonçunun mənzilləri də var.


Müəllif: Cavad

Oxşar xəbərlər