12 İyul 2018 01:12
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv 29 ölkənin dövlət və hökumət başçıları Makedoniyanı alyansa üzvlüyə dair danışıqların başlanmasına dəvət edib.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz ötən ay Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsi üzrə razılaşmanı alqışlamışıq, bu gün isə Makedoniyanı Alyansa üzvlüyə dair danışıqlara başlamağa dəvət etməyə qərar verdik”, - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, ölkənin adının dəyişdirilməsi ilə bağlı razılaşma qüvvəyə mindikdən dərhal sonra Makedoniya NATO-nun 30-cu üzvü ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər