ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqını “düşmən” adlandırması sərt etiraza səbəb olub.
Teleqraf.com xəbər verir ki, buna Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini münasibət bildirib:
“Aİ düşməndir? Ondan kimləri dost saydığını soruşmaq istərdim”.
ABŞ-ın Avropanın yaxın dost və tərəfdaşı olduğunu bildirən Moqerini “İdarəetmədəki dəyişikliklər ölkələr və xalqlar arasındakı dostluğu dəyişdirməz” deyib.